Çempionlar Liqasının III təsnifat mərəhləsinin ilk görüşü çərçivəsində “Seltik”ə minimal hesbala məğlub olan “Qarabağ” Bakıdakı cavab matçında Maksim Medvedevin xidmətindən yararlana biləcək.
“Qarabağ”ın direktoru Əmrah Çəlikəlin İdmanxeber.com-a verdiyi məlumata görə, məşq zamanı zədələnən və buna görə də, ilk matçı buraxmalı olan Medvedev cavab oyununda meydana çıxa biləcək.
Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 5-də baş tutacaq.