21 Dekabr 2024
Kateqoriyasız

“Daha çox şey gözləyirdim” – De Byazi məğlubiyyəti şərh etdi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin Maltaya qarşı keçirilən oyundan sonra mətbuat konfransı keçirilib.

İdmanxeber.az xəbər verir ki, italyan mütəxəssis 0:1 hesabıyla uduzduqları matçı belə şərh edib:

“Çox narazıyam. Daha çox şey gözləyirdim. İstədiyimiz oyunu göstərə bilmədik. Futbolçulardan daha artığını gözləyirdim. Nəticə qazanmaq üçün bundan yaxşı oyun göstərməli idilər. Bəzi oyunçular bir neçə məşq keçib. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi vacib olan futbolçulardan daha çox şey gözləyirəm. Ən azından meydanda vuruşurduq. Bugünkü rəqib bizlə eyni səviyyədədir. Bu görüşdə daha istəkli olmalı idik.

Qapıçıdan razı qaldım. Digərlərindən qeyri-adi heç nə görmədik. Udmaq üçün meydanda daha yaxşı, daha cəld olmalıyıq. Hamımız ümid etməli, yığmadan yaxşı şeylər gözləməliyik. Belə qarşılaşmalar bizim üçün yaxşı dərs olmalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43