Dünya futbolu

DÇ-2022: Braziliya millisinin yekun heyəti açıqlandı, futbolçular göz yaşlarını saxlaya bilmədi – VİDEO

Braziliya yığması bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyətini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, baş məşqçi Tite 26 futbolçuya dəvət göndərib.

Mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.

Qapıçılar: Alisson (“Liverpul”), Ederson (“Mançester Siti”), Veverton (“Palmeyras”).

Müdafiəçilər: Tiaqo Silva (“Çelsi”), Markinyos (PSJ), Danilo (“Yuventus”), Aleks Telles (“Sevilya”), Aleks Sandro (“Yuventus”) Eder Militao (“Real”), Bremer (“Yuventus”), Dani Alves (“UNAM Pumas”),

Yarımmüdafiəçilər: Brunu Qimarayns (“Nyukasl”), Kazemiro (“Mançester Yunayted”), Lukas Paketa (“Lion”), Fabinyo (“Liverpul”), Fred (“Mançester Yunayted”), Everton Ribeyro (“Flamenqo”)

Hücumçular: Neymar (PSJ), Vinisius Junior (“Real”), Antoni (“Mançester Yunayted”), Rodriqo (“Real”), Rişarlison (“Tottenhem”), Rafinya (“Barselona”), Qabriel Martinelli (“Arsenal”), Pedro (“Flamenqo”), Qabriel Jezus (“Arsenal”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43