Kateqoriyasız

Deviç: “Koronavirusa görə bu qərarı verdim”

Karyerasını “Sabah”da başa vuran Ukrayna millisinin sabiq futbolçusu Marko Deviç ölkəsinin mətbuatına açıqlama verib.

36 yaşlı hücumçu koronavirusa görə karyerasını başa vurduğunu deyib:

“Koronavirusla bağlı vəziyyət və Azərbaycan klubu ilə olan müqavilə bu qərarı verməyimə təsir etdi.Artıq məşqə getmək üçün özümü həvəsləndirə bilmirdim. Ailəmlə fikirləşdim və sadəcə meydanda futbolla vidalaşdım. Uzun müddət ölkə xaricində çıxış etdim və bundan qürür duyuram. Futboldan tamam ayrılmamışam. İdarəedici və ya məşqçi olacam. “A” lisenziyam var və yüksək məşqçilik kursunda iştirak etməyi planlaşdırıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43