Kateqoriyasız

Elxan Məmmədov Gəncə şəhər stadionunda oldu

Gəncə səfəri çərçivəsində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov şəhər stadionunda olub.

İdmanxeber.az-ın məlumatına görə, qurum rəsmisi “Kəpəz” PFK-nın icraçı direktoru İlqar Nadiri ilə görüşüb. Elxan Məmmədov arenada tikintisi davam edən futbol akademiyasında görülən işlər ilə tanış olub.

Stadiona baxış keçirilib. İlqar Nadiri arenanın mövcud vəziyyəti ilə bağlı qonağa məlumat verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43