Ölkə futbolu

Elxan Məmmədov: “Bütün Avropanın diqqətini özümüzə cəlb etmişik”

AFFA-nın baş katibi Elxan Məmmədov “France Press” nəşrinə müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, baş katib müsahibəsində millimizin seçmə mərhələdəki çıxışı və Çempionlar Liqasının finalının Bakıda keçirilmə ehtimalının olmasından da danışıb:

“Azərbaycan DÇ-2018-in seçmə mərhələsində uğurlu oyunları ilə bütün Avropanın diqqətini özünə cəlb edib.

Belə bir vaxtda Çempionlar Liqasının finalının Bakıda keçirilməsi “Avro-2020″ üçün yaxşı imtahan olardı. Finala cəmi 2 şəhərin namizəd olması bizim şanslarımızı artırır. Hazırda bu şanslar 50/50-yədir. Bizim üstünlüyümüz odur ki, Bakı Olimpiya Stadionu təzədir və FİFA ilə UEFA-nın standartlarına tam cavab verir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43