Ölkə futbolu

Emil Balayev komandasının ən yaxşısı oldu

Millimizin və “Tobol”un qapıçısı Emil Balayev Qazaxıstan çempionatının 3-cü turunda “Şaxtyor”la (Karaqanda) keçirilən görüşün ən yaxşısı seçilib.

Klub saytının yaydığı xəbər görə, iki dəfə komandasını real qoldan xilas edən 24 yaşlı qolkpiper “Instat”ın təhlilinə görə hamının qabaqlayıb. Onun çıxışı 286 xalla qiymətləndirilib. Balayevin komanda yoldaşlarından Fernandey Kassay (271) 2-ci, Aleksander Kleşenko (264) 3-cü olub.

Xatırldaq ki, oyun “Tobol”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43