Milli komanda

Emin Mahmudov “asan olmayacaq” dedi – açıqlama

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov sabah Moldovaya qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

İdmanxeber.az xəbər verir ki, kapitan media nümayəndələri ilə görüşdə bunları söyləyib:

“Rəsmi oyunlardan əvvəl bu cür yoldaşlıq oyunları bir-birimizi daha yaxşı başa düşmək üçün lazımdır. Asan olacağını düşünmürük. Milli komandadayıqsa, hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. İnanıram ki, sabah məqsədimizə çatacağıq. Moldova komandasının bəzi oyunçuları Rusiyada çıxış edir. Onlarla tanışlığım var. Asan oyun olmayacaq”.

Sabah Kişinyovda keçiriləcək Moldova – Azərbaycan oyunu saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43