Dünya futbolu

Essyen Afrika yığmasına çağırıldı

“Səbail”in ulduz futbolçusu Maykl Essyen mövsüm başa çatdıqdan dərhal sonra Afrikaya qayıdaca. Qana mətbuatının məlumatına görə, yarımmüdafiəçi Afrika yığmasına çağırılıb.

37 yaşlı orta sahə oyunçusu veteran əfsanələrin oyununda iştirak edəcək. Nigeriyanın Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşma mayın 18-də baş tutacaq. Görüşdə Essyenin yer aldığı Afrika yığmasında Didye Droqba, Corc Vea, Samuel Eto kimi ulduzlar da çıxış edəcək. Afrika yığmasının rəqibi isə Nigeriya millisinin sabiq futbolçuları olacaq.

Qeyd edək ki, Topaz Premyer Liqasında son turun oyunları mayın 11-də keçiriləcəyindən, Essyenin Nigeriyaya gedişi “Səbail”də çıxışına mane olmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43