İyulun 6-da gənclər və idman naziri Fərid Qayıbov bir qrup futbol veteranı ilə görüş keçirib.
İdmanxeber.az xəbər verir ki, veteranları salamlayan nazir onlarla ölkə futbolunun vəziyyəti barədə müzakirələr aparıb.
Veteranlardan Oqtay Abdullayev, Maşallah Əhmədov, Tərlan Əhmədov, Novruz Əzimov, Arif Əsədov, Asim Xudiyev və digərləri ölkə çempionatı, klublar və milli yığma komanda ilə bağlı fikirlərini bildiriblər.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak ediblər.