Kateqoriyasız

Gürcüstan millisinin sabiq üzvü “Kəpəz”də – RƏSMİ

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisi gürcüstanlı dayaq yarımmüdafiəçisi Giorgi Kantariyanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçunun son klubu vətənində “Telavi” olub. Kantariya Gürcüstan U-21 millisində də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43