Mini Futbol Liqasının püşkatma mərasimi keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan Mini Futbol Federasiyasının (AMFF) sədr müavini, “Azfar” Şirkətlər Qrupunun rəhbəri Taleh Nəsibov tədbirdəki çıxışında pandemiya dövrünün yarışlara mənfi təsir göstərdiyini söyləyib:
“Bu federasiya yeni təsis olunub. 3 il keçsə də, pandemiya ərəfəsindəydik deyə, bütün yarışlar dayandırılmışdı. Bu, sayca 3-ü liqamızdı. Qalib Çempionlar Liqasına yollanacaq. Amma bu daha dəqiq martın sonunda bilinəcək. Ola bilər ki, İtaliyada keçirilsin.Bu müddətdə bütün yarışlar dayandırılmışdı. Yumşalmalardan sonra “Alfa Fire” liqasının bərpasına start vermək qərarına gəldik. Bu turnirin qalibi Çempionlar Liqasına yollanacaq. Bütün iştirakçılarımıza uğurlar arzulayıram. Federasiya olaraq bütün dəstəyi verəcəyik. Gənclər və idman naziri Fərid Qayıbov da bizə dəstək verəcəyini bildirib. Bu dəstək sayəsində daha yüksək nailiyyətlər əldə edəcəyimizə inanıram. İstərdim ki, bu yarış daha maraqlı və baxımlı alınsın”.
Qeyd edək ki, ilk olaraq A və B qrupunun hərəsində 6 komanda olmaqla, ümumilikdə 12 komanda mübarizəyə qoşulacaq.