Türkiyə Superliqasında keçirilən "Fənərbağça" – "Trabzonspor" görüşü (0:0) qalmaqalsız ötüşməyib.
Belə ki, maçtdan sonra bir qrup "Fənərbağça"lı azarkeşlə "Trabzonspor"un prezidenti Hacı Osmanoğlu arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən tərəfdarlardan biri sözügedən prezidentə butulka atıb.
Fanatları bölgədən uzaqlaşdırmağa nail ola bilməyən polislər isə qarşıdurmaya gözyaşardıcı qaz ilə müdaxilə edib.