“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin Belçikanın “Gent” klubu ilə müqavilə imzaladığını öncədən də xəbər vermişdik.
Artıq rumıniyalı mütəxəssis yeni klubu ilə ilk matçına çıxıb. Rəqib isə “Genk” olub.
Bu oyunda azarkeşlər 3 qolun şahidi olublar. Rednikin başçılıq etdiyi “Gent” “Genk”ə öz evində məğlub olub – 1:2.