İdman

FIDE Qran-prisi: Şəhriyar Məmmədyarovun rəqibləri bilindi

start götürəcək şahmat üzrə FIDE Qran-prisinin II mərhələsinin püşkü atılıb.

Futbolpress.az FIDE-nin saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov D qrupunda yer alıb. 37 yaşlı şahmatçı fransalı Maksim Vaşye-Laqrav, çinli Yu Yanqyi və rusiyalı Aleksandr Predke ilə mübarizə aparacaq.

Məmmədyarov qrupda 2767 xalla 1-ci sırada yer alıb.

A qrupu
Aleksandr Qrişuk (Rusiya), 2764
Dmitri Andreykin (Rusiya), 2724
Sem Şenklend (ABŞ), 2708
Etyen Bakro (Fransa), 2642

B qrupu
Aniş Giri (Niderland), 2772
Nikita Vityuqov, (Rusiya), 2726
Pentala Harikrişna (Hindistan), 2719
Amin Tabatabayi (İran), 2623

C qrupu
Rixard Rapport (Macarıstan), 2763
Vidit Qucrati (Hindistan), 2727
Vladimir Fedoseyev (Rusiya), 2704
Aleksey Şirov (İspaniya), 2704

D qrupu
Şəhriyar Məmmədyarov (Azərbaycan), 2767
Maksim Vaşye-Laqrav (Fransa), 2761
Yu Yanqyi (Çin), 2713
Aleksandr Predke (Rusiya), 2682


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43