Dünyadan

FIFA-dan DÇ-2022-də iştirak edəcək futbolçulara şad xəbər

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının yayda yox, noyabr-dekabr aylarında baş tutacağı haqda məlumat vermişdik.

Ali futbol qurumu dünya çempionatında iştirak edəcək futbolçulara məvacib ödəyəcək. Bununçün qurum ümumilikdə 135 milyon funt-sterlinq pul ayıracaq.

Müqayisə üçün deyək ki, bu, Braziliyada keçirilən  mundialdakından 3 dəfə çoxdu. DÇ-2014-də iştirak edən 736 futbolçuya ümumilikdə 45 milyon funt-sterlinq verilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43