Kateqoriyasız

FİFA-dan Seneqala cərimə

FİFA-nın İntizam Komitəsi Seneqal Futbol Federasiyasını cərimələyib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, Seneqal millisinin media ilə bağlı reqlamentin müddəalarını pozub.

Belə ki, Seneqal millisinin oyunçusunun DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Ekvadorla oyundan (2:1) əvvəl keçirilən mətbuat konfransında iştirak etməyib. Buna görə də Seneqal Futbol Federasiyası 10 min İsveçrə frankı (10 min 162 avro) məbləğində cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43