Ölkə futbolu

“Fırtınalar meydanı”nda son vəziyyət (FOTOLAR)

Leysan yağışlardan sonra su altında qalan Lənkəran şəhər stadionunda təmizləmə işləri davam edir.

İdmanxeber.com-un məlumatına görə, artıq arenanın ərazisi böyük ölçüdə kənar ünsürlərdən təmizlənib.

Qeyd edək ki, oktyabrın sonunda Lənkəranda yağan aramsız yağışların ardından stadionun əsas və ehtiyat meydançası məcrasından çıxan Lənkərançayın sel suları altında qalmışdı.

Son günlər stadionun ərazisi, eləcə də həm əsas, həm də ehtiyat meydança sel sonrası yığılan gil və palçıqdan xeyli təmizlənib. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43