Son zamanlar “Arsenal”da zəif çıxışı ilə azərkeşləri qəzəbləndirən Məsut Özil yenidən Almaniyaya qayıda bilər.
İdmanxeber.com-un məlumatına görə, Türkiyə əsilli almaniyalı futbolçu ilə “Bavariya” klubu yaxından maraqlanır. Məsut Özil üçün 30 milyon funt sterlinqindən keçməyə razı olan almaniyalıların qış transfer pəncərəsində futbolçunu heyətinə qatacaqları real görünür.