Kateqoriyasız

Foqts 100 milyon avroluq futbolçudan danışdı: “Onun Real”da uğurlu çıxış edəcəyinə inanmıram”

Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts Madrid “Real”ının 100 milyon avroya transfer etdiyi Qaret Beyl haqda fikirlərini bildirib.

Alman mütəxəssis bundan əlavə Özilin “Arsenal”a keçidi haqda da fikirlərini bildirib:

“Beylin dünya səviyyəsində bir futbolçu olduğu reallıqdır. Onu yaxşı tanıyıram, ancaq transferinin məbləğini eşidəndə çox təəccübləndim. İndi özünü sübut etmək məcburiyyətindədir. Mən onun “Real”da uğurlu çıxış edəcəyinə inanmıram”.

Vengeri təbrik edirəm. Özil “Arsenal”ın uzun illər axtardığı tipdə bir oyunçudur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43