Ölkə futbolu

“Birinci qoldan sonra “Neftçi”yə layiq tərzdə oynamağa başladılar”

“Oyunu iki hissəyə bölmək olar. Birinci hissə bizim üçün yaxşı alındı, ikincisi ondan da yaxşı. Futbolçularımız xarakter göstərə bildilər. Birinci qoldan sonra “Neftçi”yə layiq tərzdə oynamağa başladılar”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin köməkçi məşqçisi Saşa Petroviç Premyer Liqanın 34-cü turunun “Kəpəz” görüşündən sonra keçirilmiş mətbuat konfansında deyib. O, daha sonra belə davam edib:

“Qarabağ”la oyun haqda onu deyə bilərəm ki, onlar yəqin hazırda bizdən daha yaxşı komandadır. Son dörd aydır ki, burada çalışırıq. Yaınız bu mərhələdə müəyyən diaqnozları qoya bildik. İndi isə irəliyə baxa bilərik. Hansı istiqamətdə işləmək lazım olduğunu da anlayırıq. Yaxşı haldır ki, Ağadadaş Salyanski və Brayan Moreno qollarını vurdular. Bu da “Neftçi”nin gələcəyi üçün faydalıdır. “Qarabağ”la oyunu unutmalı, gələcəyə baxmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43