21 Dekabr 2024
Ölkə futbolu

“Forza” insidentlə bağlı bəyanat yaydı

Dünən Premyer Liqanın üçüncü turunda baş tutan “Qarabağ” – “Xəzər Lənkəran” oyunundan sonra azarkeşlər arasında insident yarandığı barədə məlumat vermişdik. Həmin hadisəni törətməkdə “Forza” azad azarkeş qrupu günahlandırılırdı. Bu barədə həmin azad azarkeş qrupu bəyanat yayıb.


“Dünən baş tutan “Qarabağ” – “Xəzər Lənkəran” oyununda əzəli rəqibimiz olan “Xəzər” azarkeşinin bıcaqlanmasını pisləyirik. Aramızda nə qədər rəqabət və intriqa olsa da, yenədə qan tökülməsinə qarşıyıq. Şiddət və zorakılıq, futbolumuza və azarkeşliyə zidd bir şeydir.Hərnə olsa da, hamımız azərbaycanlıyıq və bir qan töküləcək varsa, o da ermənilərdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43