Ötən gün “Qarabağ”la oyunda məğlub olan “Xəzər Lənkəran” bu gün istirahətə buraxılıb.
Bu barədə idmanxeber.com saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi bildirib ki, artıq sabah saat 10-da komanda Lənkərana yola düşəcək və bundan sonra “ağ-yaşıllar” “Neftçi” ilə avqustun 25-də keçirəcəyi “Böyük” oyun”un hazırlıqlarına başlayacaq.