Milli komanda

“Futbolçuların qarşısında tələb qoymuşduq ki…”

Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Patrisiya Qonzales AFFA-nın rəsmi fikirlərini açıqlayıb:

“1997/98-ci il təvəllüdlü futbolçuların iştirakı ilə bu il ilk oyunumuzu keçirdik. Heyətimizdə ötən il çıxış edənlərlə yanaşı, bu ildən etibarən bizə qoşulan futbolçular da var. Əsas məqsədlərdən biri həmin futbolçular arasında qarşılıqlı anlaşmanın səviyyəsini yüksəltməkdir. Futbolçuların qarşısında tələb qoymuşduq ki, məşqlərdə nümayiş etdirdiklərini oyun zamanı da göstərə bilsinlər və mənə elə gəlir, istəyimizə uyğun qarşılaşma izlədik. Bir sözlə, oyundan razı qaldım. Bütün oyunlar, ələlxüsus, beynəlxalq qarşılaşmalar bizim üçün çox vacibdir. Bu gün səhvlərimizi gördük, nəyin üzərində daha çox işləməli olduğumuzu müəyyənləşdirdik. Sentyabrda Avropa çempionatının seçmə mərhələsində keçirəcəyimiz oyunlara hazırlıq prosesində ilk addımımızı bu gün atdıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43