Kateqoriyasız

Gedəcəyi gözlənilirdi, daha 1 il “Neftçi”də – RƏSMİ

Müqavilə üzrə Türkiyənin “İstanbul Başakşehir” klubuna məxsus olan futbolçu Mert Çelik yenidən “Neftçi”də çıxış edəcək.

İdmanxeber.az “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi daha 1 il müddətinə icarəyə götürülüb. O, 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Mert Çelik 2020-ci ilin sentyabrından “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43