İdman

Gənc cüdoçularımız Sankt-Peterburqda 3 medala sahib oldular

Rusiyanın Sankt-Peterburq şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib. Mötəbər turnirdə Azərbaycan millisi 3 medal qazanıb.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizi beynəlxalq yarışda təmsil edən Natiq Qurbanlı (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Gənc cüdoçularımız Kəramət Hüseynov (60 kq) və Musa Şəkərəliyev (100 kq) isə Avropa kubokunun bürünc medallarına sahib olublar.

Qeyd edək ki, beynəlxalq yarışda qitənin 17 ölkəsindən 290 cüdoçu (200 oğlan, 90 qız) mübarizə aparıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43