Kateqoriyasız

“Gəncə məscidində İmam namazdan sonra camaatı tapşırıqla futbola aparır” (VİDEO)

Azərbaycan teleməkanının populyar futbol proqramlarından olan “TOP TOP” yeni mövsümə start verib. 

İdmanxeber.com-un məlumatına görə, verilişin aparıcısı Elçin Cəfərovun bu dəfəki qonaqları veteran futbolçu Nazim Əliyev, “stadium.az” saytının rəhbəri Vüsal Bəbirli və “İmarət” fan klubunun idarə heyətinin üzvü Qabil Hüseyn olub. “TOP TOP”da Azərbaycan Premyer liqa oyunlarından və bu matçlarda baş verən olaylardan danışılıb. Bundan da başqa  verilişdə şok faktlar açıqlanıb. Jurnalist Vüsal Bəbirlinin “Kəpəz” klubunun oyunlarını Gəncədə izləyən azarkeşlər barədə söylədikləri hələ çox müzakirə olunacaq. Bir sözlə baxmağa dəyər.

Qeyd edək ki, “TOP TOP” verilişi hər həftə “CHATBOX” kanalında canlı yayımlanır. “CHATBOX” kanalını KATV kabel televiziyası şəbəkəsində və myvideo.az saytında izləmək olar. Proqramın sentyabrın 22-də efirə gedən buraxılışının videoyazısını təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43