Kateqoriyasız

“Yanq Boyz”un sabiq baş məşqçisi: “Qarabağ” çox güclü komandadı”

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində məğlub etdiyi “Yanq Boyz” klubunun sabiq baş məşqçisi Uli Forte yerli mətbuata açıqlama verib.

İdmanxeber.com-un məlutına görə, o, Bern klubundan istefa verməsindən danışıb:

“Mən kluba gələndə 7-ci pillədə idi. Həmin mövsümü 3-cü yerdə, növbətisini isə 2-ci yerdə bitirdik. Düzdü, son mövsümə yaxşı başlamadıq. Amma məğlub olmamışdıq. 3 oyuna 3 heç-heçə etmişdik. Çempionlar Liqasında “Monako” kimi güclü rəqibə uduzduq. Sonra Harri Qamperle mənim yerimə gəldi. O, qısa müddətdə çox şeyi dəyişə bilməzdi.

Təcrübəli mütəxəssis “Qarabağ”ın gücünü də vurğulayıb:

“Qarabağ” da “Yanq Boyz”u Avropa Liqasının pley-off mərhələsində asanlıqla keçdi. Düzünü desək, Azərbaycan klubu çox güclü komanda idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43