Ölkə futbolu

Güvənç Kurtar: “Oyunun taleyini hakim dəyişdi”

“Rəvan” mövsümün son matçında “Bakı”ya məğlub olaraq, aşağı diviziona yuvarlandı.

İdmanxeber.com-un məlumatına görə, “aslanlar”ın baş məşqçisi Güvenç Kurtar matçdan sonra hakiləri təqsirləndirib:

“Çox vacib oyuna çıxdıq, rəqibin kimliyindən asılı olmayaraq, mütləq qalib gəlməli idik. Təəssüf ki, ilk hissənin ortalarında qapımızdan qol buraxdıq. Rəqib futbolçu bizim oyunçuya qarşı kobud oynadı, hakim birbaşa qırmızı vərəqə ilə cəzalandırmalı idi, lakin heç nə vermədi. Bundan sonra oyun barəsində heç nə danışmaq istəmirəm. Oyunun taleyini hakim dəyişdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43