Ölkə futbolu

Sxadadzedən “əfv fərmanı”

Bakı “İnter”indən ayrılacağı gözlənilən Brüs Abdulaye ilə bağlı Sxadadze yeni qərar verməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, fransalı futbolçu “Qarabağ”la matçda göstərdiyi zəif oyundan sonra əvəzlənmiş və Sxadadzenin bu hərəkətinə sərt şəkildə etiraz edərək, birbaşa paltardəyişmə otağına yollanmışdı. Məhz bundan sonra Abdulayevin “İnter”dən getmə variantı ortaya atılmışdı.

Lakin Sxadadze Brüsü bağışlayıb və onun komandada qalmasını istəyir. 

Məsələylə bağlı yaxın günlərdə rəsmim açıqlama veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43