Kateqoriyasız

Hafiz Məmmədov istəyinə nail oldu: “Land of fire Azerbaijan” rəsmən İngiltərədə – FOTO

İngiltərənin “Şeffild Uensdey” komandası da yeni – 2014/15 mövsümündən oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) yazılan formalarla çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə ingilis klubunun rəsmi saytı xəbər yayıb.

Məlumatda bildirilir ki, yeni forma bu gün rəsmi olaraq “York Siti”yə qarşı keçiriləcək yoxlama oyununda təqdim olunacaq.

Sond aonu da qeyd edək ki, bir müddət öncə “Bakı” klubunun prezidenti Hafiz Məmmədov “Şeffild Uensdey”in səhmlərini alıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43