İdman

Hansı halda “Qarabağ” qrupdan çıxa bilər?

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Slovan"a gözlənilmədən böyük hesbala uduzan "Qarabağ"ın qrupdan çıxmaq şansı qalır.

İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri dekabrın 8-də qəbul edəcəyi "Fiorentina"nı məğlub etsə o zaman digər oyunun nəticəsindən asılı olmayaraq 1/16 final mərhələsinə vəsiqə qazanacaq.

Əgər Bakıdakı oyun heç-heçə bitsə o zaman PAOK – "Slovan" matçında meydan sahibləri qələbə qazanmamalıdı ki, Ağdam təmsilçisi qrupdan çıxa bilsin.

Son olaraq həm "Qarabağ", həm də PAOK məğlub olarsa o zaman yenə şəxsi görüşlərə baxılacaq və "Slovan" qrupdan çıxan tərəf olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43