Dünya futbolu

“Hatayspor”un futbolçusu dünyasını dəyişib

Türkiyənin “Hatay” klubunun futbolçusu Kristian Atsu dağıntılar altında qalaraq hələk olub.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçunun meneceri Fatih İlek açıqlama verib. O bildirib ki, dağıntılar altından oyunçusunun cansız bədəni çıxarılıb:

“Atsu Türkiyədən ayrılmaq istəyirdi. O, Fransaya gedəcəyini bildirdi. Ancaq son turda “Kasımpaşa”ya qarşı çox yaxşı mübarizə apardı. Həmi görüşdə qol vurduqdan sonra baş məşqçi Volkan Demirelin onu qucaqlaması, meydandakı sevincləri gözümün önündən getmir. Bu görüşün ardından qalmağa qərar verdi. Ən xoşbəxt olduğu gün zəlzələyə yaxalandı”.

Hatayda baş vermiş güclü zəlzəıləsə səbəbindən komanda Super Liqadan çəkilməyə qərar verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43