“Mançester Siti” İngiltərə kubokunun yarımfinalına yüksəlib.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” federasiya kuboku tarixində ardıcıl yeddi mövsümdə yarımfinala çıxaraq rekorda imza atıb. Daha öncə heç bir komanda bunu bacara bilməmişdi.
“Mançester Siti” turnirin finalına vəsiqə uğrunda “Nottingem Forest”lə qarşılaşacaq.
Ötən mövsüm “Mançester Yunayted” ölkə kubokunun qalibi olub.

