Kateqoriyasız

İngiltərə və ABŞ-ın 1/8 finaldakı rəqibləri

Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komandalar ABŞ və İngiltərə yığmaları olub.

İdmanxeber.az-ın məlumatına görə, İranla oyununda 1:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksələn amerikalılar Niderland millisi ilə qarşılaşacaq.

B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanan İngiltərə yığması isə 1/8 final mərhələsində  A qrupunda ikinci yeri tutmuş Seneqal komandası ilə görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43