Dünya futbolu

“İnter” Erikseni göndərir – baş direktor açıqladı

İtaliyanın “İnter” klubu futbolçusu Kristian Erikseni transferə çıxarıb.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçunun Milan təmsilçisinin oyun üslubuna uyğun gəlmədiyi üçün komandadan göndərilir. Bu barədə klubun baş direktoru Cuzeppe Marotta məlumat verib.

Qeyd edək ki, bu ilin yanvarında “Tottenhem”dən “İnter”ə keçən danimarkalı yarımmüdafiəçi 2020/2021 mövsümündə 12 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43