01 Oktyabr 2024
Kateqoriyasız

“İnter” keçmiş futbolçusunu geri qaytardı

“İnter” 26 yaşlı yarımmüdafiəçi Nizami Hacıyevlə bir illik müqavilə imzalayıb. 2010 və 2011-2013-cü illəridə komandamızın şərəfini qoruyan Nizami Hacıyev yenidən “İnter”ə qayıdıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçunun son çıxış etdiyi klub “Qəbələ” olub. Nizami Hacıyevin adı bu gün komandamızın PFL-dəki  sifariş ərizəsinə təqdim olunacaq və o, sabah Premyer Liqanın ilk turunda öz keçmiş komandasına qarşı meydana çıxa bilər.

Qeyd edək ki, N.Hacıyev “İnter”də 80 nömrəli forma altında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43