Mövsümə uğursuz başlayan “İnter” dünya çempionatının seçmə mərhələsinin oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum yararlanmağı planlaşdırır. “Bankirlər” gündəlik məşqlərlə yanaşı yoldaşlıq matçında da qüvvələrini sınayacaqlar.
Belə ki, “İnter” sentyabrın 7-də “Şəfa” stadionunda I divizion təmsilçisi “Şuşa” ilə üz-üzə gələcək. Oyun saat 19:00-da başlanacaq.