Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “İnter” komandası təlim-məşq toplanışı keçirməyi planlaşdırır.
Klubun saytına istinadən verdiyimiz məlumata görə, səhər saatlarında Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gələn komanda “Golden Palace” otelində məskunlaşıb.
Kaxaber Tsxadadzenin komandası bu gün Bakı vaxtı ilə saat 18.00-da məşqə çıxacaqlar.
Əlavə edək ki, “İnter” toplanış çərçivəsində yoldaşlıq matçı da keçirməyi planlaşdırır. Rəqib komandanın adı tezliklə məlum olacaq.
Qeyd edək ki, “İnter” oktyabrın 13-də vətənə dönəcək və növbətin turun oyununa “Şəfa” stadionunda hazırlaşacaq.