“Barselona”nın futbolçusu Andres İnyesta gələcək karyerası ilə bağlı önəmli açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, futbolçu karyerasını böyük ehtimalla Kataloniya klubunda başa vurmayacağını deyib:
“Barselona” ilə müqaviləmi uzatmaq barədə isə bir şey deyə bilmərəm. Cari mövsümü təhlil etmək lazımdır. Bundan sonra qərarımı verəcəm”.
İnyesta ilə “Yuventus”un maraqlandığı iddia edilir.