Dünya futbolu

İquain “Milan”dan ayrılır

“Milan” “Yuventus”dan icarəyə götürdüyü Qonzalo İquani mövsümün sonunda birdəfəlik transfer etməyəcək.

Xərcləri azaltmaq istəyən rəhbərlik yüksək ödənişli oyunçuları göndərmək niyyətindədir. 31 yaşlı forvardın “Çelsi”yə keçəcəyi gözlənilir. London klubunun baş məşqçisi Mauritsio Sarri təcrübəli hücumçunu komandasında görmək istəyir.

Qeyd edək ki, “Milan” İquinin 1 illik icarəsi üçün “Yuventus”a 18 milyon avro ödəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43