Kateqoriyasız

“İstəmirəm danışıb futbolumuzu çirkləndirim” – Rəşad Sadıqov

Premyer Liqanın ilk turu çərçivəsində “Zirə” “Qarabağ”la qarşılaşıb  və heç-heçə edib.

İdmanxeber.az-ın məlumatına görə, görüşdən sonra “Zorən”nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

– İlk tura layiq futbol olmadı. Meydanda sərt oyun var idi. Gözlənilmədən qol buraxdıq və komanda toparlanmağı bacardı. Futbolçular sona kimi xarakter göstərdi və bir xal qazandıq.

– “Bu mövsüm “Zirə”nin qarşısına nə hədəf qoyulub?

Cəmi 8 komanda var çempionatda. Hər kəs istəyər avrokuboklara vəsiqə qazansın. Biz də istəyirik ki, mükafatçılar sırasına düşək. Ancaq əsas məsələ yaxşı komanda yaratmaqdı. Tək reallıq var ki, “Qarabağ” və “Neftçi” hamıdan üstündü. Seleksiya işlərimiz çox yubanır. Bir futbolçu ilə müqavilə imzalamışıq. Yaxın günlərdə bizə qoşulacaq. Daha 3 transfer olacaq.

– Artıq ilk turda “Zirə”yə qarşı hakim səhvləri oldu. Bunu ilk turun həyəcanına bağlayırsız, yoxsa..?

Maksimum çalışıram ki, danışmayım, futbolumuzu çirkləndirməyim. İstəmirəm hakimlik haqqında çox danışım.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43