Dünyadan

İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Palermo” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, komanda uruqvaylı mütəxəssis Dieqo Luis Lopes çalışdıracaq. Məlumata görə, Sicilya təmsilcisi Lopeslə 2018-ci ilin yayınadək müqavilə imzalayıb.

Xatırladaq ki, Dieqo Lopes “Palermo”nun cari mövsümdə Davide Ballardini, Roberto De Zerbi və Eucenio Korinidən sonra 4-cü baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43