22 Dekabr 2024
Dünya futbolu

İyunun 28-də öləcək futbolçu hər kəsə səsləndi: “Mənim üçün o gün xüsusi gündü”

Holland futbolçu Fernando Riksen sosial şəbəkə vasitəsi ilə azarkeşlərə müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə. Amiotrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkən 42 yalı veteran futbolçu  iyunun 28-də evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz razılığı ilə həyatdan məhrum edilməsidir) ediləcək. Buna görə də, veteran futbolçu sosial şəbəkə vasitəsi ilə  həmin gün canlı yayım edərək hər kəslə vidalaşacağını deyib: “28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin, bu gecəni unudulmaz edək”.

Qeyd edək ki, Riksen Hollandiyanın “Fortuna”, “Alkmaar”, Şotlandiyanın “Reyncers” və Rusiyanın “Zenit” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43