Ölkə futbolu

“Kəpəz” Müstəqil Fanat Klubunun üzvləri ilə görüş keçirilib

Gəncənin “Kəpəz” Futbol Klubunu tribunalarda uzun illərdir dəstəkləyən klubun eyni adlı fanklubunun üzvləri ilə görüş keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, görüşdə fanklubun rəhbəri Elmar Əliyev, əməkdar jurnalist İsmayıl Abbasov, əməkdar idman ustası Xəyal Hacızadə, eləcə də digər üzvlər iştirak ediblər. Görüş zamanı komandanın mövcud vəziyyəti, fanklubun fəaliyyətinin yenidən fəallaşdırılması, veteran futbolçular ilə birlikdə görüşlərin təşkili, uğursuz çıxış edən əsas komandanın problemləri və s. kimi məsələlər müzakirə edilib.

Görüşlərin davamlı olması yekunda yekdilliklə qəbul edilib. Tezliklə klub rəhbərliyi ilə görüşün keçirilməsi də iclasın əsas məsələlərindən olub. Qısa müddətdə əməli addımların atılması, komandaya dəstək mexanizmlərinin səmərəsizliyi, azarkeşlərlə əlaqələrin aşağı səviyyədə olması ilə bağlı tədbirlər planının hazırlanması da dilə gətirilib.
#KəpəzMüstəqilFanKlubu #AdımızZirvədəElimizGəncədə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43