Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə rəsmi müqavilə bağlayıb.
İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisi nigeriyalı Abdullahi Şuaybunu transfer edib. 20 yaşlı yarımmüdafiəçi ilə sonradan artırılması bir il də mümkün olan iki illik (1+1) müqavilə imzalanıb.
Onun son komandası Moldovanın “Saksan” klubu olub.