28 Dekabr 2024
Ölkə futbolu

Kadi Rusiyadan ayrılır? – meneceri açıqladı

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borxesin agenti Helsio Alisk braziliyalı futbolçunun gələcək karyerası barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunun meneceri Borxesin mövsüm sonuna qədər Rusiya Premyer Liqasında qalacağını bildirib:

“Kadinin bu qış “Krasnodar”ı tərk etmək planı yoxdur. Onunla Səudiyyə Ərəbistanının bir neçə klubu maraqlanırdı. Əminəm ki, Kadi “Krasnodar”a çempionluq uğrunda mübarizəsinə kömək edəcək və yenidən start heyətində yerini alacaq”.

2023/24 mövsümündə Borxes 21 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 27 yaşlı braziliyalının “Krasnodar”la müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi nəzərdə tutulub. Transfermakt saytı oyunçunu 3,5 milyon avro qiymətləndirir.

Xatırladaq ki, sosial şəbəkələrdə futbolçunun yenidən “Qarabağ”a qayıtma ehtimalının olduğu yazılırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43