Portuqaliya çempionatında 21-ci turun oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, millimizin üzvləri – Kamran Ağayev və Emin Mahmudovun formasını geydiyi “Boavişta” öz meydanında “Braqa”nı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Cəzasını başa vuran Kamran və Emin əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyiblər.
Qeyd edək ki, 21 turdan sonra 26 xalı olan həmyerlilərimizin klubu 11-ci pillədə qərarlaşıb.