Müsahibə

Kamrandan ŞOK etiraflar: “Baş məşqçinin acığına axşam getdim kef etməyə” – MÜSAHİBƏ

“Kəpəz”dən ayrılan Kamran Babayevin idmanxeber.com saytına müsahibəsi.

– Bu mövsüm “Kəpəz”in aparıcı simalarından biri idin. Komandadan ayrılmağının səbəbi nə oldu?

– Ötən mövsüm “Kəpəz”in əvəzedici komandasında oynayırdım. Hələ həmin vaxtlar böyük məşqçilərin marağını cəlb etmişdim. AZAL-ın əvəzedici komandası ilə oyunda 2 qol vurmuşdum. AZAL-ın baş məşqçisi Vaqif Sadıqov məni görüb bəyənmiş, mənim haqda “professor uşaq” demişdi. Yəni mən belə oynayırdım. Ancaq sonradan getdim, bir müddət futboldan uzaqlaşdım, öz məsuliyyətsizliyim ucbatından formamdan uzaq qaldım. Ancaq sonra yenidən öz formamı bərpa edib, “Kəpəz”in əsas komandasına gəldim. Daha doğrusu mən “Turan T” klubu ilə müqavilə bağlayırdım. Amma “Kəpəz” rəhbərliyi Vidadi Rzayev, Azər Məmmədov məni bura çağırdılar. Məndə heç düşünmədən gəldim. Vidadi Rzayevlə yola gedirdik. Mənə çox güvənirdi. Hər şey yaxşı idi. Lakin sonradan mən xəstələndim, səhətimdə problemlər yarandı.  Həmin ərəfədə də Vidadi Rzayev istefaya getdi, yerinə Azər Məmmədov keçdi. Elə nə oldusa, hər şey bundan sonra başladı.

– Azər Məmmədov futbolçularla yola getmirdi?

– Məşqlər zamanı futbolçuların üstünə çox qışqırır, dəhşət yükləyir. Bundan başqa dedim axı, xəstə idim. Mənə dedi ki, çıx məşq elə. Mən də öskürürdüm, dedim, qaça bilməyəcəm. Bundan sonra iclas zamanı Azər müəllim məni ayağa qaldırdı və oynamaq istəmirsənsə gedə bilərsən dedi. Məndə əvəzində “Azər müəllim, mənə güvənmirsiz?” sualını verdim. Lakin Azər müəllimin mənə “sənə nə üçün güvənməliyəm?” deməsi bardağı daşıran son damla oldu. Özünüz düşünün. Futbolçuya elə söz demək olarmı? Adi bir uşağa öz ana-atası o sözü desə, uşaq evdən qaçıb, gedər. Biz bir ailəyik. Ailədə inam yoxdusa, daha o nə ailədi?

– Komandadan göndərilməyibsən?

– Qarşılıqlı oldu də, komandadan ayrıldım.

– Rəhbərliklə problemin var idi?

– Xeyr. Rəhbərliklə heç bir problemim olmayıb.

– Azər Məmmədovla başqa münaqişələriniz olub?

– Bəli. “Bakılı” ilə oyununun fasiləsində gəlib məni söymüşdü. 1:0 hesabı ilə uduzurduq, gəldi tutdu yaxamdan, silkələdi və söydü ki, sənin ucbatından uduzuruq. Belə pis çıxmasın, mənə heç öz valideynlərim ağır söz deməyib. Həmin hərəkət mənə çox təsir etdi. Mənə dedi ki, gedirsən, müsahibələr verirsən, partilərdə şellənirsən, onun nəticəsində uduzuruq. Yeri gəlmişkən, bəzi səviyyəsiz jurnalistlər mənim haqda cürbə-cür sözlər yazırlar. Köhnə söhbətləri gətirib qəzetlərdə yazırlar. Sözün açığı, mən də əsəbləşdim, həmin “Bakılı” oyunundan sonra, axşam getdim kef etməyə. Azər müəllimin, o hərəkətinə görə.

– Bəs indi vəziyyətin necədi, hansı komandaya gedəcəksən?

– Səhətimdə problemlər var. 3 ay müayinə olunmalıyam. İki kluba keçmək ehtimalım vardı: “Qaradağ Lökbatan” və “Mil-Muğan”. Lakin səhətimdəproblemlər olduğundan çox qıssa müddıt futbol oynaya bilməyəcəm. Odu ki, gözləmə mövqeyindəyəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43