"Hesab edirəm ki, “Neftçi”də keçirdiyim mövsüm mənim üçün boşa getmədi. Bu komandada çıxış etmək mənim üçün yaxşı təcrübə oldu”.
Bu sözləri "Neftçi"nin sabiq futbolçusu Nikolas Kanales ölkəsində verdiyi müsahibədə deyib.
Ötən mövsüm Topaz Premyer Liqasında 26 qolla bombardir olan çilili forvard "Neftçi" ilə müqaviləsini uzatmayaraq ölkəsinin klubu "Kolo Kolo"ya keçib və açıqlamasında Azərbaycandakı çıxışından danışıb.
“Mən Azərbaycana getmək istəyirdim. Hərçənd bu ölkə mənim üçün tanış deyildi. Ancaq “Neftçi”nin Çempionlar Liqasının təsnifat mərhələsində oynayacağını bilirdim. Düzdür, biz bu turnirdən kənarda qalsaq da, sonradan Avropa Liqasının qrupuna düşdük. Orada “İnter”, “Rubin” kimi klublara qarşı oynadıq”.